Azərbaycanda külək güclənib – Faktiki hava açıqlandı
Milli Hidrometeorologiya Xidməti ölkənin bəzi ərazilərində küləkli hava şəraitinin davam etdiyini açıqlayıb. Ən yüksək külək sürəti Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakı və Abşeronda isə 17 m/s qeydə alınıb.