Sabah Bakıda 32 dərəcəyədək isti hava gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir.
Xeberhub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-25° isti, gündüz isə 29-32° isti olacaq.
Atmosfer təzyiqinin 760 millimetr civə sütunu təşkil edəcəyi, nisbi rütubətin isə gecə 70-75 faiz, gündüz 55-60 faiz olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi bildirilir.
Rayonlarda havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 20-25° isti hava gözlənilir.