SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
Praqnoz

Avqustun 9-da hava necə olacaq? – 40 dərəcə isti gözlənilir

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Avqustun 9-da hava necə olacaq? – 40 dərəcə isti gözlənilir

Avqustun 9-da hava necə olacaq? – Temperatur 40 dərəcəyə çatacaq

Avqustun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti sabah üçün hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında havanın əsasən günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26°, gündüz isə 34-39° isti olacaq. Atmosfer təzyiqinin 756 mm civə sütunu təşkil edəcəyi, nisbi rütubətin gecə 70-75%, gündüz 45-50% olacağı bildirilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi mümkündür.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Rayonlarda mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu aran və dağətəyi rayonlarda gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə isə 40° isti olacaq. Dağlıq ərazilərdə temperaturun gecə 15-20°, gündüz isə 25-30° isti təşkil edəcəyi gözlənilir.

A

Oxşar Xəbərlər