Milli Hidrometeorologiya Xidməti iyulun 25-26-na gözlənilən küləkli hava şəraiti ilə əlaqədar ölkənin bir sıra bölgələri üçün sarı və narıncı xəbərdarlıq elan edib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, xəbərdarlıq güclənəcəyi proqnozlaşdırılan cənub-şərq küləyi ilə bağlı verilib.
Məlumata əsasən, Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux və Kəlbəcər rayonlarında sarı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə küləyin sürətinin 13,9–20,7 m/s arasında dəyişəcəyi gözlənilir.
Xaçmaz, Qusar və Şabran rayonları üçün isə narıncı xəbərdarlıq elan olunub. Həmin bölgələrdə cənub-şərq küləyinin sürətinin 20,8–28,4 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.
Vətəndaşlara küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları tövsiyə edilir.