Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan jurnalistlərə açıqlamasında məlumat verib.
Prezident bildirib ki, pilotsuz uçuş aparatı saat 11:00 radələrində Rumıniyanın hava məkanında aşkar edilib və F-16 qırıcısını idarə edən rumın pilot tərəfindən zərərsizləşdirilib.
Onun sözlərinə görə, PUA yaşayış məntəqəsi olmayan ərazidə vurulub və bu səbəbdən insident nəticəsində mülki əhali üçün təhlükə yaranmayıb.
Nikuşor Dan əlavə edib ki, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.