SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlham Əliyev Berlində Fridrix Mertslə strateji məsələləri müzakirə etdi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
İlham Əliyev Berlində Fridrix Mertslə strateji məsələləri müzakirə etdi

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, sənəddə nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qruplarının yaradılması və bu sahədə sistemli fəaliyyətin təşkili vacibdir.

Tərəflər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib, həmçinin Orta Dəhlizin beynəlxalq yükdaşımalarında artan rolunu müzakirə ediblər. Görüşdə qarşılıqlı rəsmi səfərlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd olunub, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Federal Kansler Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi üzrə əldə olunan irəliləyiş münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Kansler Almaniyanın Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

A

Oxşar Xəbərlər