Vladimir Putin Udmurtiyanın müvəqqəti rəhbərini təyin edib
Rusiya Prezidenti Vladimir Putin Udmurtiya Respublikasına yeni müvəqqəti rəhbər təyin edib.
Xeberhub.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Xəbərin ilkin mənbəyi Axar.azdır.
Məlumata əsasən, Putin kənd təsərrüfatı nazirinin müşaviri Olqa Abramovanı Udmurtiyanın müvəqqəti rəhbəri vəzifəsinə təyin edib.
Bununla yanaşı, Rusiya lideri regionun əvvəlki rəhbəri Aleksandr Breçalovun istefa ərizəsini də təsdiqləyib.
Qeyd edək ki, Aleksandr Breçalov 2017-ci ildən Udmurtiya Respublikasına rəhbərlik edirdi.