SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ukrayna mediası İlham Əliyevin Almaniya səfərinə geniş yer ayırdı

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Ukrayna mediası İlham Əliyevin Almaniya səfərinə geniş yer ayırdı

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Ukraynanın aparıcı informasiya agentlikləri və xəbər portalları tərəfindən geniş şəkildə işıqlandırılıb.

Məlumata görə, "Ukrinform", RBK-Ukrayna, UNİAN, "İnterfaks-Ukrayna", "Ukraynska Pravda", "Korrespondent", LB.ua, Tsenzor.net və digər media qurumları Azərbaycan Prezidenti ilə Almaniya Kanslerinin mətbuata birgə bəyanatına dair materiallar dərc ediblər.

Yayımlanan xəbərlərdə Azərbaycanın Avropa ölkələrinə, o cümlədən Almaniyaya qaz ixracının əhəmiyyəti, ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Prezident İlham Əliyevin Bakıda Almaniya ilə Rusiya nümayəndələrinin görüşünə dair səsləndirdiyi fikirlər diqqət mərkəzində olub.

A

Oxşar Xəbərlər