Bakıda 11 avtobus marşrutunun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
Xeberhub.com xəbər verir ki, paytaxtın Puşkin küçəsinin Xaqani və Nizami küçələri arasındakı hissəsində aparılan təmir işləri ilə əlaqədar avqustun 10-da bir sıra marşrut avtobuslarının həmin ərazidə yerləşən dayanacaqlarda saxlamasına məhdudiyyət qoyulacaq.
Axar.az-ın məlumatına görə, sərnişinlərin avtobuslara minib-düşməsi zamanı yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar avqustun 10-da sözügedən dayanacaqlarda sərnişin götürməyəcək və düşürməyəcək.
Bildirilib ki, avqustun 11-dən etibarən qeyd olunan marşrutlar həmin ərazidə əvvəlki qaydada sərnişinlərə xidmət göstərəcək.