Əlahəzrət,
Atanız, Qətər Dövlətinin Ata Əmiri, görkəmli dövlət xadimi Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədərlə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani ölkəsinin inkişafına və firavanlığına mühüm töhfələr vermiş, Vətəninə sədaqətlə xidmət etmiş və Qətər xalqının yaddaşında müdrik lider kimi qalacaq şəxsiyyət idi.
Onun rəhbərliyi dövründə Azərbaycan ilə Qətər arasında dostluq və əməkdaşlıq münasibətləri möhkəmlənmiş, ikitərəfli əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Onun Azərbaycana səfərlərini və keçirdiyimiz görüşləri hər zaman xoş xatirələrlə anıram. Şeyx Həməd bin Xəlifə Al Taninin xatirəsi qəlbimizdə daim ehtiramla yaşayacaqdır.
Bu ağır itki münasibətilə Sizə, ailənizə və bütün Qətər xalqına öz adımdan və Azərbaycan xalqı adından səmimi başsağlığı verir, səbir və dözüm arzulayıram.
Allah rəhmət eləsin!