SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran Hörmüz boğazında nəzarəti gücləndirdi: Gəmilərə xəbərdarlıq edildi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
İran Hörmüz boğazında nəzarəti gücləndirdi: Gəmilərə xəbərdarlıq edildi
İran Hörmüz boğazına tam nəzarət etdiyini açıqladı

Xeberhub.com xəbər verir ki, APA-nın yaydığı məlumata görə, İranın hərbi mənbələri Hörmüz boğazında gəmilərin hərəkətinə ciddi nəzarət tətbiq edildiyini açıqlayıb.

İranın “Fars” agentliyinə danışan mənbənin iddiasına əsasən, strateji əhəmiyyət daşıyan bu su yolu tam nəzarət altına alınıb və ölkənin razılığı olmadan heç bir gəminin keçidinə icazə verilmir.

Mənbə bildirib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazında vəziyyəti nəzarətdə saxlayır. Xəbərdarlıqlara baxmayaraq keçid etməyə cəhd göstərən gəmilərlə bağlı sərt tədbirlərin görüləcəyi qeyd olunub.

İran tərəfi həmçinin ötən gecə üç neft tankerinin saxlanıldığını iddia edib. Bildirilib ki, həmin gəmilər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq müəyyən edilmiş marşrutdan kənar hərəkət ediblər.

Məlumata görə, əməliyyat qüvvələrinin müdaxiləsindən sonra tankerlərin hərəkəti dayandırılıb.

Hörmüz boğazı dünya enerji daşımaları üçün ən mühüm dəniz keçidlərindən biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal neft bazarlarına təsir göstərə bilər.

A

Oxşar Xəbərlər