SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Quba Regional Turizm İdarəsinə yeni rəis təyin edildi

👤 📅 👁 29 baxış ⏱ 1 dəq oxuma
Quba Regional Turizm İdarəsinə yeni rəis təyin edildi

Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə yeni rəis təyin olunub

Xeberhub.com xəbər verir ki, "Qaynarinfo"nun yaydığı məlumata görə, Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə yeni rəhbər təyin edilib.

Məlumata əsasən, Ruslan İskəndər oğlu Haciyev Quba Regional Turizm İdarəsinin rəisi vəzifəsinə gətirilib. Bununla bağlı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Quba Regional Turizm İdarəsinin fəaliyyət dairəsinə Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonları daxildir.

Ruslan Haciyev bu təyinata qədər uzun illər Quba Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

A

Oxşar Xəbərlər