SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Husilər Səudiyyə Ərəbistanındakı nəhəng neft emalı zavodunu raketlə vurdu

👤 📅 👁 7 baxış ⏱ 3 dəq oxuma
Husilər Səudiyyə Ərəbistanındakı nəhəng neft emalı zavodunu raketlə vurdu

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan şəhərinə hücum təşkil edib.

XeberHub.com xəbər verir ki, The Times of Israel nəşrinin husilərin sosial şəbəkə paylaşımlarına istinadən yaydığı məlumata görə, hücum üsyançıların son günlər baş verən hadisələrə cavab verəcəklərini bəyan etməsindən sonra həyata keçirilib. Bildirilir ki, təhlükə ilə əlaqədar Səudiyyə Ərəbistanı Cizan və Yanbu şəhərlərinin sakinlərinə xəbərdarlıq mesajları göndərib.

Məlumata əsasən, husilər gecə saatlarında Cizanda yerləşən və Yaxın Şərqin ən iri neft emalı müəssisələrindən biri hesab edilən Saudi Aramco şirkətinin neft emalı zavodunu ballistik raketlərlə hədəfə alıblar. İddialara görə, obyektə beş raket atılıb və nəticədə zavod ərazisində yanğın başlayıb. Yanğının əsas emal qurğularını və yanacaq-sürtkü materiallarının saxlanıldığı anbarları əhatə etdiyi bildirilir.

Hadisə Səudiyyə Ərəbistanının Yəməndə husilərə məxsus hərbi obyektlərə endirdiyi zərbələrdən sonra baş verib. Riyad həmin əməliyyatların bir neçə gün əvvəl Səudiyyə tankerlərinə qarşı həyata keçirilən hücumlara cavab olduğunu açıqlamışdı.

Qeyd edək ki, 2022-ci ildə istismara verilən Cizan Neft Emalı Zavodu gündəlik 400 min barelədək neft emal etmək gücünə malikdir. Təxminən 21 milyard dollar investisiya hesabına inşa edilən müəssisədə dizel, müxtəlif markalı benzin, benzol, paraksilol və digər neft məhsulları istehsal olunur.

Zavodun ərazisində dünyanın ən böyük daxilitsiklik qazlaşdırma sisteminə malik buxar-qaz enerji qurğularından biri yerləşir. Bu sistem həm müəssisənin fəaliyyətini, həm də ətraf yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatını həyata keçirirdi.

Qırmızı dəniz sahilində yerləşən strateji mövqeyinə görə Cizan Neft Emalı Zavodu əsasən Avropa və Şərqi Afrika bazarlarına yanacaq ixracı üçün nəzərdə tutulub. Mütəxəssislər hesab edirlər ki, zavodda baş verən yanğın istehsal və ixrac imkanlarına təsir göstərə, həm regional, həm də beynəlxalq enerji bazarında tədarük zəncirində problemlər yarada bilər.

A

Oxşar Xəbərlər