SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Maska filminin məşhur rejissoru Çak Rassel vəfat etdi

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Maska filminin məşhur rejissoru Çak Rassel vəfat etdi

ABŞ-ın tanınmış rejissoru, ssenarist və prodüseri Çak Rassel 74 yaşında vəfat edib.

XeberHub.com xəbər verir ki, TMZ-nin yaydığı məlumata görə, rejissorun ölüm xəbərini onun yaxınları təsdiqləyiblər. Bildirilir ki, hazırda ölüm səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

1952-ci il mayın 9-da ABŞ-nin İllinoys ştatında anadan olan Çak Rassel rejissorluq fəaliyyətinə 1980-ci illərin sonlarında "Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri" və "Damla" qorxu filmləri ilə başlayıb. O, 1994-cü ildə ekranlara çıxan və Cim Kerrinin baş rolda oynadığı, "Oskar" mükafatına namizəd göstərilən "Maska" filmi ilə dünya miqyasında tanınıb.

Rasselin film karyerasında Arnold Şvartseneggerin rol aldığı "Silici" və Dueyn Consonun ilk baş rolunu canlandırdığı "Əqrəblər kralı" da xüsusi yer tutur. Hər iki ekran əsəri nümayişə çıxdıqdan sonra böyük kommersiya uğuru əldə edib.

Uzun fasilədən sonra yenidən kino sənayesinə qayıdan rejissor 2016-cı ildə Con Travolta və Brüs Uillisin çəkildiyi "Mən qəzəbəm", 2022-ci ildə isə "Cənnət şəhəri" filmlərini lentə alıb. Onun son işi 2024-cü ildə təqdim olunan "Cadugər taxtası" qorxu filminin remeyki olub.

A

Oxşar Xəbərlər