SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

“Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi

👤 📅 👁 14 baxış ⏱ 1 dəq oxuma
“Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi

“Çelsi” İspaniya klubunun müdafiəçisini transfer etdi

“Çelsi” İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən sol cinah müdafiəçisi Pep Çavarrianın transferini rəsmiləşdirib.

Xeberhub.com xəbər verir ki, London klubunun rəsmi məlumatına görə, 28 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Çelsi”nin transfer üçün 16,3 milyon funt sterlinq ödədiyi bildirilir. Razılaşmada əlavə ödənişlərin də nəzərdə tutulduğu qeyd olunub.

Pep Çavarria 2022-ci ildən “Rayo Valyekano”nun formasını geyinirdi. O, 2025/2026 mövsümündə İspaniya çempionatında 33 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

A

Oxşar Xəbərlər