SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Neftçi – Dinam oyununun biletləri satışda

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Neftçi – Dinam oyununun biletləri satışda

Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, Bakıda keçiriləcək "Neftçi" – "Dinamo" (Minsk) qarşılaşmasının biletləri satışa təqdim olunub.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq ilk oyunun biletlərinin qiymətləri sektorlara uyğun olaraq 5, 8, 12, 35 və 50 manat müəyyənləşdirilib.

Azarkeşlər biletləri "Neftçi" klubunun mobil tətbiqi və ya bilet.neftchi.az platforması vasitəsilə onlayn əldə edə bilərlər. Stadion kassalarında satış isə matç günü – iyulun 22-də saat 12:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, "Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçiriləcək görüş iyulun 22-də "Palms Sports Arena"da saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 30-da keçiriləcək.

A

Oxşar Xəbərlər