Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, İran ABŞ ilə əldə olunmuş anlaşma memorandumu çərçivəsində götürdüyü öhdəliklərin icrasını dayandırıb.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlama verib. O bildirib ki, ABŞ-ın sözügedən memorandum üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən Tehran da öz öhdəliklərini icra etməyi dayandırıb.
"ABŞ İslamabad anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri pozub və onları tamamilə dayandırıb. Biz də öz öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda onları yerinə yetirmirik. Hazırda əsas işimiz ölkənin müdafiəsidir", - deyə Qəribabadi bildirib.
İran rəsmisinin sözlərinə görə, hazırda ölkənin əsas prioriteti müdafiə məsələləridir.
Qeyd edək ki, ABŞ və İran arasında münasibətlərdə yeni gərginlik iyulun 8-dən etibarən artmağa başlayıb.