Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “Unikal”a istinadən yaydığı məlumata görə, Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç struktur qurum birləşdirilib.
Bildirilib ki, Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun müvafiq əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi bir strukturda birləşdirilib.
Bu qurumların bazasında yeni yaradılan “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC fəaliyyət göstərəcək.
Yeni təsis olunan müəssisəyə rəhbər vəzifəsinə Aqil Aslanov təyin edilib.