ABŞ-də keçirilən Dünya Çempionatı dövründə insan alverinə qarşı aparılan əməliyyatlar zamanı yüzlərlə şübhəli saxlanılıb.
Xeberhub.com xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) iyun və iyul aylarında təşkil olunan Dünya Çempionatı çərçivəsində həyata keçirdiyi əməliyyatlar nəticəsində insan alverində şübhəli bilinən 900-dən çox şəxs həbs olunub.
Məlumata əsasən, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mütəşəkkil cinayətkar şəbəkələrin aşkarlanması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən müxtəlif əməliyyatlar icra edilib.
Keçirilən tədbirlər nəticəsində insan alveri qurbanı olduğu müəyyən edilən 180-ə yaxın şəxs azadlığa qovuşub. Onların arasında 30 nəfərin yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilib.