SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Azərbaycan

Lökbatanda aylar əvvəl qazılan yol hələ də bərpa olunmayıb – Sakinlər narazıdır

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
Lökbatanda aylar əvvəl qazılan yol hələ də bərpa olunmayıb – Sakinlər narazıdır

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən yollardan birinin yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.

Xeberhub.com xəbər verir ki, sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları müraciətə əsasən, ərazidə bir neçə ay əvvəl qazıntı işləri aparılsa da, yol örtüyü indiyədək bərpa edilməyib.

Bildirilib ki, asfaltın çəkilməməsi nəticəsində yolun bir hissəsi istifadəyə yararsız hala düşüb. Küçənin dar olması səbəbindən nəqliyyat vasitələri qarşı zolağa çıxmaq məcburiyyətində qalır ki, bu da həm sıxlığın artmasına, həm də yol-nəqliyyat hadisələrinin başvermə ehtimalının yüksəlməsinə səbəb olur.

Qeyd edək ki, sözügedən problemlə bağlı bundan əvvəl də reportaj hazırlanmışdı. Həmin vaxt məsul qurum yolun qısa müddətdə bərpa ediləcəyini açıqlamışdı. Buna baxmayaraq, aylar keçsə də, ərazidə vəziyyət dəyişməyib və yol əvvəlki kimi yararsız olaraq qalır.

A

Oxşar Xəbərlər