Dövlət Gömrük Komitəsində kibertəhlükəsizlik sahəsi ilə bağlı yeni struktur vahidi yaradılıb.
Xeberhub.com xəbər verir ki, Unikal.az-ın yaydığı məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun imzaladığı əmr əsasında qurumun strukturunda dəyişiklik edilib.
Məlumata əsasən, DGK-nın fəaliyyət göstərən Kibertəhlükəsizlik şöbəsi ləğv olunub və onun bazasında Kibertəhlükəsizlik İdarəsi yaradılıb.
Həmçinin bildirilib ki, gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev yeni yaradılan Kibertəhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.