Bu il Xəzər dənizi sahilində istirahət imkanlarının genişləndirilməsi məqsədilə 10 yeni ictimai çimərlik istifadəyə verilib.
XeberHub.com xəbər verir ki, İctimai TV-nin hazırladığı süjetə əsasən, yeni çimərliklər əsasən Novxanı, Türkan, Şüvəlan, Şıx və Corat ərazilərində yaradılıb.
Məlumata görə, hər bir çimərlik orta hesabla 30 hektar ərazini əhatə edir və burada vətəndaşların rahat istirahəti üçün müvafiq şərait formalaşdırılıb.
Bildirilir ki, ictimai çimərliklərə marağın artmasının əsas səbəbləri onların ödənişsiz və əlçatan olması, təhlükəsizlik tədbirlərinin görülməsi, eləcə də ailələrin və uşaqların rahat istirahəti üçün uyğun infrastrukturun yaradılmasıdır.
Yeni çimərliklərdə ailələr və dost qrupları asudə vaxtlarını daha komfortlu keçirə, uşaqlar isə təhlükəsiz şəraitdə istirahət edə bilərlər.