SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Praqnoz

Bakıda və bölgələrdə güclü külək gözlənilir – Xəbərdarlıq edildi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Bakıda və bölgələrdə güclü külək gözlənilir – Xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də ölkə ərazisində gözlənilən güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq yayıb.

XeberHub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, xəbərdarlıq Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin bir sıra şəhər və rayonlarını da əhatə edir.

Məlumata əsasən, Naxçıvan Muxtar Respublikası, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astara rayonlarında sarı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin 13,9–20,7 m/s olacağı proqnozlaşdırılır.

Narıncı xəbərdarlıq isə Bakı və Abşeron yarımadası ilə yanaşı, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabran rayonlarını əhatə edir. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin 20,8–28,4 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti vətəndaşlara küləkli hava şəraitində ehtiyatlı olmaları və təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə edir.

A

Oxşar Xəbərlər