Xeberhub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 23-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 757 mm civə sütunundan 754 mm civə sütununa enəcəyi, nisbi rütubətin gecə 70-75 faiz, gündüz isə 45-50 faiz olacağı bildirilir.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bununla yanaşı, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağışın yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 22-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 13-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.