SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Praqnoz

Xəbərdarlıq edildi: Leysan, şimşək və dolu gözlənilir

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Xəbərdarlıq edildi: Leysan, şimşək və dolu gözlənilir

Dağlıq ərazilərdə leysan, şimşək və dolu gözlənilir

Avqustun 9-u axşam saatlarından etibarən Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə hava şəraitinin yağıntılı keçəcəyi proqnozlaşdırılır.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, bəzi ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Sinoptiklər gözlənilən intensiv yağıntılar səbəbindən dağ çaylarında sululuğun artacağını da bildiriblər.

Milli Hidrometeorologiya Xidməti vətəndaşlara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmalarını və zəruri təhlükəsizlik tədbirlərinə əməl etmələrini tövsiyə edib.

A

Oxşar Xəbərlər