Aİ Rusiyanın daha beş vətəndaşına qarşı sanksiya tətbiq etdi
Avropa İttifaqı (Aİ) Rusiyanın beş fiziki şəxsinə qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın TASS-a istinadən yaydığı məlumata görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, qərar Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi son aviazərbələrə cavab olaraq qəbul edilib.
Kaya Kallas qeyd edib ki, sanksiya siyahısına Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli olduğu bildirilən beş fiziki şəxs daxil edilib.
Aİ rəsmisi vurğulayıb ki, bu addım Ukraynaya qarşı davam edən hərbi əməliyyatlara cavab olaraq qəbul edilən məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsidir.