Mərhum əməkdar artist Tünzalə Əliyevanın atası vəfat edib
"Toppuş bacı" kimi tanınan mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Fərman oğlu Əliyev vəfat edib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın Bakupost.az-a istinadən yaydığı məlumata görə, Məcid Əliyev 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tünzalə Əliyevanın ailəsi son vaxtlar ardıcıl itkilərlə üzləşib. Ötən ayın əvvəlində aktrisanın qardaşı Elxan Bayramov da vəfat etmişdi.
Xatırladaq ki, "Toppuş bacı" obrazı ilə geniş tamaşaçı sevgisi qazanan Əməkdar artist Tünzalə Əliyeva 2023-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdi.