SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Şamaxıda avtomobil yolu çökdü

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Şamaxıda avtomobil yolu çökdü

 Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Şamaxı rayonunda avtomobil yolunun bir hissəsi çöküb.

Məlumata görə, hadisə Şamaxını Kürdəmir və Hacıqabul rayonları ilə birləşdirən Şamaxı–Göylər–Padarçöl–Hacıqabul avtomobil yolunda baş verib.

Bildirilib ki, yolun Göylər qəsəbəsindən keçən hissəsində bir neçə yerdə çökmə qeydə alınıb. Nəticədə yolun bir hissəsi tam yararsız vəziyyətə düşüb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Məlumata əsasən, sözügedən magistral 2017-ci ildə əsaslı təmir olunub. Lakin 2019-cu ildə yol yenidən yararsız vəziyyətə düşdüyü üçün burada təmir işləri aparılıb.

Qeyd olunub ki, son günlər yağan aramsız yağışlar nəticəsində yolun bir hissəsi yenidən tamamilə çöküb.

Xatırladaq ki, Şamaxı–Göylər–Padarçöl–Hacıqabul avtomobil yolu Şamaxı rayonunu Hacıqabul və Kürdəmir rayonları ilə birləşdirən yeganə magistraldır.


A

Oxşar Xəbərlər