Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
XeberHub.com xəbər verir ki, TƏBİB-in Oxu.Az-ın sorğusuna cavab olaraq yaydığı məlumata görə, iyulun 25-də saat 13:15 radələrində Bakı–Qazax magistralının Hacıqabul rayonu ərazisində baş verən qəza nəticəsində xəsarət alan iki nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata əsasən, bir kişi və bir qadın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər tərəfindən onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda hər iki yaralı instrumental diaqnostik müayinələrdən keçirilir. Onların müalicəsi həkim nəzarəti altında davam etdirilir.