SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Texnologiya

Əmanətlərin Sığortalanması Fonduna xaricdən kiberhücumlar edilib

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Əmanətlərin Sığortalanması Fonduna xaricdən kiberhücumlar edilib

Əmanətlərin Sığortalanması Fonduna müxtəlif ölkələrdən kiberhücum cəhdlərinin qeydə alındığı açıqlanıb.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Əmanətlərin Sığortalanması Fondunun İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma mərkəzinin müdiri Fərid Şirinov "Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, quruma yönələn kiberhücumlar əsasən fişinq xarakteri daşıyır.

Fərid Şirinov qeyd edib ki, bu cür hücumlar istifadəçilərin tanımadığı keçidlərə daxil olması nəticəsində şəbəkədəki digər kompüterlərə icazəsiz giriş imkanı yarada bilər.

O bildirib ki, təhlükəsizlik sistemləri hücumların IP ünvanını və coğrafi mənşəyini müəyyənləşdirə bilir. Müşahidələrə əsasən, belə cəhdlər müxtəlif ölkələrdən, o cümlədən Rusiya və Tailanddan qeydə alınıb.

Şirinovun sözlərinə görə, sistem şübhəli fəaliyyətləri avtomatik aşkar edərək spam kimi bloklayır və sonrakı təhlükəsizlik tədbirləri həyata keçirilir.

A

Oxşar Xəbərlər