Səudiyyə Ərəbistanının Yanbu şəhərində yerləşən neft emalı müəssisələrinə yönəldildiyi bildirilən iki ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
XeberHub.com xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, raketlər Yəməndə fəaliyyət göstərən husilər tərəfindən buraxılıb.
Məlumata əsasən, Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri hücumun qarşısını alaraq hər iki ballistik raketi məhv ediblər.
Yunanıstanın təhlükəsizlik xidmətlərindəki mənbələrin bildirdiyinə görə, raketlərin əsas hədəfi Yanbu şəhərində yerləşən neft emalı obyektləri olub.
Hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Yanbuda təcili xəbərdarlıq elan edib və sakinlərə təhlükəsizlik tədbirlərinə əməl etmələri tövsiyə olunub.
Hücum nəticəsində mümkün dağıntılar və ya itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.