SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Aİ Rusiyanın texnologiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Aİ Rusiyanın texnologiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib

Axar.az xəbər verir ki, Avropa İttifaqı Rusiyada fəaliyyət göstərən dörd fiziki şəxs və beş hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Bildirilib ki, yeni məhdudiyyətlər Rusiyada ifadə azadlığının, məlumat əldə etmək və sərbəst birləşmək hüququnun məhdudlaşdırılmasında istifadə edildiyi iddia olunan texnoloji nəzarət vasitələrini və bu sahədə fəaliyyət göstərən şirkətləri əhatə edir.

Sanksiya siyahısına Rusiyanın “VK Company” (VKontakte) və onun törəmə qurumu olan “Communication Platform” şirkəti daxil edilib. Avropa İttifaqı bu qurumları Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərməkdə, həmçinin “Max App” mobil tətbiqinin hazırlanması və idarə olunmasında iştirak etməkdə ittiham edir.

Bundan başqa, internet və mobil rabitənin izlənməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə əlaqəli avadanlıq və proqram təminatı hazırlayan “Citadel”, “VAS Experts” və “Norsi-Trans” şirkətlərinə də qarşı sanksiyalar qüvvəyə minib.

Həmçinin həmin şirkətlərdə rəhbər vəzifələrdə çalışan dörd şəxsin də Avropa İttifaqının sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Oxşar Xəbərlər