Xeberhub.com Bakupost.az-a istinadən xəbər verir ki, Argentina millisinin DÇ-2026-dan kənarlaşdırılmasını tələb edən petisiyaya 2,5 milyondan çox insan imza atıb.
Petisiya Cənubi Amerika yığmasının Misirə qarşı 1/8 final oyunundan sonra yaradılıb. Həmin qarşılaşmada Argentina əsas vaxtın başa çatmasına 11 dəqiqə qalmış 0:2 hesabı ilə geridə olsa da, sonda 3:2 hesablı qələbə qazanıb.
Matçdan sonra Misir tərəfi fransalı hakim Fransua Leteksyenin qərarlarını tənqid edib və FİFA-nı dünya çempionu Argentina, xüsusilə də komandanın kapitanı Lionel Messiyə üstünlük verməkdə ittiham edib.
Petisiyanın müəllifləri hesab edirlər ki, FİFA və hakimlər Argentina millisinin xeyrinə qərarlar qəbul edir. Onlar bildiriblər ki, Argentinanın turnirdə iştirakının davam etməsi digər komandaların imkanlarını azaldır.
Etirazçılar iddialarını əsaslandırmaq üçün Argentina–Misir görüşünü, komandanın yarımfinal yolunda FİFA reytinqinin ilk 10-luğunda yer alan yığmalardan heç biri ilə qarşılaşmamasını və son üç Dünya Kubokunda Argentina lehinə doqquz penalti təyin edilməsini nümunə göstəriblər.