QOL.az xəbər verir ki, İspaniya millisinin kapitanı Rodri DÇ-2026-nın yarımfinal mərhələsində Fransa ilə qarşılaşacaq oyunla bağlı fikirlərini açıqlayıb.
“The Guardian” nəşrinin məlumatına görə, təcrübəli yarımmüdafiəçi Fransa millisinin güclü tərəflərini vurğulasa da, İspaniyanın finala yüksəlmək imkanlarının olduğunu bildirib.
Rodri qeyd edib ki, Fransa turnirin ən güclü komandalarından biridir və hazırda yüksək formada çıxış edir. Bununla yanaşı, İspaniyanın da yaxşı vəziyyətdə olduğunu deyən futbolçu komandasının rəqibi məğlub edə biləcəyinə inandığını vurğulayıb. O, bu baxımdan Avropa çempionatı və Millətlər Liqasında əldə olunan nəticələri nümunə göstərib.
İspaniyalı futbolçu qarşıdakı matçın əvvəlki görüşlərdən fərqli olacağını bildirib. Onun sözlərinə görə, Fransa həm hücumda, həm də müdafiədə güclü komandadır və İspaniya oyunun gedişatını öz planına uyğun qurmağa çalışmalıdır.
Rodri əlavə edib ki, əvvəlki 5:4 hesablı qarşılaşmalar bu dəfə üçün ölçü meyarı olmamalıdır. O, Fransaya qarşı keçiriləcək yarımfinalın ciddi sınaq olacağını və komandasının belə görüşə hazır olduğunu bildirib.
İspaniya ilə Fransa arasında DÇ-2026 yarımfinal oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.