Xeberhub.com xəbər verir ki, Fransa millisinin hücumçusu Maqnes Akliuş karyerasını PSJ-də davam etdirəcək.
Paris klubunun yaydığı məlumata əsasən, 24 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. Akliuş yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.
Məlumata görə, transferin dəyəri 50 milyon avro təşkil edib.
Geridə qalan 2025/26 mövsümündə "Monako"nun heyətində uğurlu çıxışı ilə diqqət çəkən hücumçu bütün turnirlərdə keçirdiyi 43 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransa millisinin də şərəfini qoruyan Maqnes Akliuş indiyədək yığmanın heyətində 10 matçda forma geyinib və 1 qol vurub. O, həmçinin 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində çıxış edən futbolçular sırasında yer alıb.