Xeberhub.com xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" səfərdə Ukraynanın "Dinamo Kiyev" komandası ilə üz-üzə gəlib.
Polşanın Lyublin şəhərində yerləşən "Lublin Arena" stadionunda keçirilən qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qol erkən dəqiqələrdə vurulub. Matçın 10-cu dəqiqəsində Matvey Ponomarenko fərqlənərək "Dinamo Kiyev"ə üstünlük qazandırıb.
Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib və "Qarabağ" iki oyunluq qarşıdurmanın ilk matçını minimal hesablı məğlubiyyətlə başa vurub.
Beləliklə, Ağdam təmsilçisi cavab görüşü öncəsi vəziyyəti öz xeyrinə dəyişmək üçün minimal fərqi aradan qaldırmağa çalışacaq.