“Fənərbağça” Romelu Lukakunun transferi ilə bağlı razılığa gəldi
Türkiyənin “Fənərbağça” klubu Belçika millisinin və İtaliyanın “Napoli” komandasının hücumçusu Romelu Lukakunun transferi üzrə razılığa yaxınlaşıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul təmsilçisinin “Napoli” ilə 32 yaşlı belçikalı forvardın transferi barədə şifahi razılıq əldə etdiyi bildirilir. Razılaşmanın ümumi məbləğinin 6 milyon avrodan çox olacağı qeyd olunur.
Hazırda transferlə bağlı sənədlərin və digər rəsmi prosedurların yoxlanıldığı bildirilir. Lukakunun isə “Fənərbağça” ilə şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırdığı qeyd olunur.
Transferin rəsmiləşdirilməsi üçün klubun yekun təsdiqinin alınmasından sonra futbolçunun İstanbula yollanacağı gözlənilir.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir.