Yossi Kohendən diqqətçəkən açıqlama: MOSSAD agentləri Fordodakı nüvə obyektinə gedib
MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo şəhərində yerləşən nüvə obyektinə agentlərin dəfələrlə səfər etdiyini iddia edib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, Kohen bu barədə açıqlamasında agentlərin obyektin fəaliyyəti ilə bağlı məlumat topladığını bildirib.
“Biz araşdırmaq və onun necə işlədiyini anlamaq üçün dəfələrlə İranın Fordodakı nüvə obyektini ziyarət etmişik. Amerikalıların bu obyektə hücumu bütün arzularımın həyata keçməsi idi”, - deyə keçmiş MOSSAD rəhbəri bildirib.
Kohenin sözləri İsrailin İranın nüvə proqramına qarşı uzun müddətdir həyata keçirdiyi kəşfiyyat fəaliyyətləri ilə bağlı açıqlamaları fonunda diqqət çəkib. O, daha əvvəl də İranın nüvə obyektlərinə qarşı əməliyyatlar barədə danışıb və İsrailin bu sahədə gizli fəaliyyətlər həyata keçirdiyinə işarə edib.