SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Polşa qırıcılarını havaya qaldırdı: Naməlum obyekt aşkarlandı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Polşa qırıcılarını havaya qaldırdı: Naməlum obyekt aşkarlandı
Polşa Rusiya təhlükəsi fonunda qırıcı təyyarələrini havaya qaldırıb

Xeberhub.com xəbər verir ki, Polşa Ordusu Əməliyyat Komandanlığının yaydığı məlumata görə, Rusiyanın Ukrayna ərazisinə hava hücumları fonunda ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə qırıcı təyyarələr döyüş növbəsinə cəlb edilib.

Rəsmi açıqlamaya əsasən, Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar və radiolokasiya aşkarlama təyyarəsi havaya qaldırılıb, həmçinin yerüstü hava hücumundan müdafiə və radar idarəetmə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Komandanlıq bildirib ki, eyni zamanda Polşa hava məkanında naməlum uçan obyekt qeydə alınıb. Yerli vaxtla saat 03:40-da aşkarlanan obyektin müəyyən edilməsi üçün növbətçi F-16 qırıcısı havaya qaldırılsa da, obyekt altı dəqiqə sonra radarların nəzarət zonasından itib.

Daha sonra Polşa polisi ölkənin şərqində yerləşən Lyublin bölgəsində güclü partlayışın baş verdiyini açıqlayıb. Hadisə yerində dərin çökəklik və naməlum obyektə aid olduğu ehtimal edilən qalıqlar aşkar edilib.

Əraziyə Mi-24 helikopteri və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda hadisə yerində araşdırma və axtarış tədbirləri davam etdirilir.

Rəsmi məlumata görə, insident nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin hər hansı maddi ziyan qeydə alınmayıb.

A

Oxşar Xəbərlər