SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Rusiyada xərçəng peyvəndinin ilk nəticələri açıqlanıb

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Rusiyada xərçəng peyvəndinin ilk nəticələri açıqlanıb
Rusiyada xərçəng peyvəndinin ilk tətbiqi ümidverici nəticə verib

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Rusiyada yerli istehsal olan "Neoonkovak" xərçəng peyvəndinin tətbiq olunduğu ilk xəstədə müsbət immunoloji nəticələr qeydə alınıb.

Məlumata görə, bunu Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq açıqlayıb.

Onun sözlərinə görə, dəri xərçəngindən əziyyət çəkən 60 yaşlı şəxs Rusiyada "Neoonkovak" peyvəndini qəbul edən ilk xəstə olub və hazırda özünü yaxşı hiss edir.

Aleksandr Ginzburq bildirib ki, ilkin müşahidələr peyvəndin antigenlərə qarşı qoruyucu immunitet formalaşdırdığını göstərir. O qeyd edib ki, xəstənin immun sisteminin preparata reaksiyası ümidvericidir və yaxşı immunoloji cavab qeydə alınıb.

Mərkəz rəhbərinin sözlərinə görə, əldə olunan nəticələr peyvəndin gələcək klinik qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A

Oxşar Xəbərlər