SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH ABŞ-yə məxsus PUA-nın vurulduğunu açıqladı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
SEPAH ABŞ-yə məxsus PUA-nın vurulduğunu açıqladı

İran SEPAH-ı ABŞ-yə məxsus PUA-nın vurulduğunu açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubunda yerləşən Bəndər-Abbas şəhəri yaxınlığında ABŞ-yə məxsus olduğu bildirilən LUCAS tipli pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

İranın "Fars" agentliyinin yaydığı məlumata görə, pilotsuz uçuş aparatı SEPAH-a məxsus qırıcılar tərəfindən müəyyən edilərək hədəfə alınıb və uğurlu atəş nəticəsində vurulub.

Məlumatda bildirilir ki, əməliyyat nəticəsində pilotsuz uçuş aparatı tamamilə məhv edilib. Hadisənin başvermə şəraiti və digər təfərrüatlar barədə əlavə informasiya verilməyib.

Rəsmi qurumlar hadisə ilə bağlı əlavə açıqlama yaymayıblar.

A

Oxşar Xəbərlər