Bakının bəzi rayonlarında və Lənkəranda elektrik enerjisinin verilişində fasilə olacaq
Sabah paytaxtın bir sıra rayonlarında və Lənkəranın bəzi ərazilərində aparılacaq planlı təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
"Azərişıq" ASC-nin məlumatına görə, Xəzər rayonunun Buzovna qəsəbəsində gecə saat 02:00-dan 04:00-dək Məmməd Səid Ordubadi, Mirzəağa Əliyev küçələrində və "Qoşa Qala" restoranının arxa hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Yasamal rayonunda isə saat 10:00-dan 13:00-dək Əbdürrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nizami rayonunun Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisi verilməyəcək.
Bundan başqa, Sabunçu rayonunun Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
"Azərişıq" ASC bildirib ki, yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Şərhlər (0)
Şərh yazın