SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Samuxun Alıuşağı kəndində post yaradıldı

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Samuxun Alıuşağı kəndində post yaradıldı

Samuxun Alıuşağı kəndində nəzarət postu yaradılıb

Samux rayonunun Alıuşağı kəndində kənd ərazisindən çıxarılan heyvan mənşəli məhsullara nəzarətin gücləndirilməsi məqsədilə post quraşdırılıb.

Xeberhub.com xəbər verir ki, postda avtomobillərin hərəkəti tam şəkildə təmin olunur. Burada əsasən kənddən ət və süd məhsullarının daşınmasına nəzarət edilir.

Postda Qida Təhlükəsizliyi Agentliyinin və baytarlıq idarəsinin əməkdaşları da fəaliyyət göstərirlər. Yol üzrə hərəkət edən nəqliyyat vasitələri dezinfeksiya olunur.

Bundan əlavə, kənd ərazisində fəaliyyət göstərən iri təsərrüfatlarda dezinfeksiya baryerləri yaradılıb.

Qeyd edək ki, bundan əvvəl Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyasına yoluxma şübhəsi ilə 11 nəfər yerləşdirilib. Onların bir qisminin Samux rayonunun Alıuşağı kəndinin sakinləri olduğu bildirilib.

A

Oxşar Xəbərlər