Sabah Bakı və Abşeron yarımadasının çimərliklərində hava şəraitinin əlverişli olacağı, lakin küləyin bəzi saatlarda güclənəcəyi gözlənilir.
Xeberhub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, çimərliklərdə mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. Gecə və səhər saatlarında küləyin arabir güclənəcəyi proqnozlaşdırılır.
Məlumata əsasən, Xəzər dənizinin şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Cənub istiqamətində yerləşən Türkan, Hövsan, Sahil və Şıx çimərliklərində isə dəniz suyunun temperaturunun 24-25 dərəcə isti olacağı bildirilir.