SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Ceyranbatan–Maştağa su xəttində təmir işləri yekunlaşır

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Ceyranbatan–Maştağa su xəttində təmir işləri yekunlaşır
Ceyranbatan–Maştağa magistral su xəttində təmir işləri başa çatmaq üzrədir

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekun mərhələyə çatıb.

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, magistral xəttin 6-cı kilometr hissəsində diametri 1200 millimetr olan su kəmərinin istismar müddətini başa vurmuş 22 metrlik hissəsi yenisi ilə əvəz edilib.

Qeyd olunub ki, təmir işləri fasiləsiz şəkildə həyata keçirilib və hazırda son mərhələdə olan işlərin tamamlanması gözlənilir.

Məlumata əsasən, növbəti mərhələdə magistral su xətti yuyulacaq, içməli su ilə doldurulacaq və su anbarlarına ötürüləcək. Daha sonra isə su ərazidaxili şəbəkəyə veriləcək.

A

Oxşar Xəbərlər