SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Hacıqabulda avtomobil yeraltı keçidə aşdı: iki nəfər xəsarət aldı

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Hacıqabulda avtomobil yeraltı keçidə aşdı: iki nəfər xəsarət aldı

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, qəza bu gün saat 12:00 radələrində qeydə alınıb.

Məlumata əsasən, Gəncə sakini Dəmir Əli oğlu İsmayilovun idarə etdiyi “Mercedes” markalı, 77-EV0-029 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Bu zaman avtomobil yoldan çıxaraq dəmir maneəni dağıdıb və yeraltı keçidə düşüb.

Hadisə nəticəsində sürücü Dəmir İsmayilov və avtomobildə olan sərnişin, Gəncə sakini Yeganə Şəmil qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

A

Oxşar Xəbərlər