SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Rumıniya daha bir PUA-nı F-16 qırıcısı ilə vurdu

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Rumıniya daha bir PUA-nı F-16 qırıcısı ilə vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan daha bir pilotsuz uçuş aparatını məhv edib.

XeberHub.com xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə səhər saat 08:22-də baş verib. Bildirilib ki, hava məkanına daxil olan ikinci PUA da əvvəlki insidentdə iştirak edən eyni pilot tərəfindən zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, pilotsuz uçuş aparatı Ukrayna sərhədinə yaxın, yaşayış məntəqələrindən uzaq ərazidə vurulub və hadisə nəticəsində mülki əhali üçün təhlükə yaranmayıb.

Bununla da son 24 saat ərzində Rumıniya hava məkanını pozduğu bildirilən iki pilotsuz uçuş aparatı F-16 qırıcıları tərəfindən məhv edilib.

Xatırladaq ki, bir gün əvvəl Rumıniya Prezidenti Nikuşor Dan da ölkənin hava məkanının pozulması ilə bağlı oxşar hadisə barədə məlumat vermişdi.

A

Oxşar Xəbərlər