SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Almaniyada hərbi obyektlərin üzərində yüzlərlə şübhəli PUA aşkarlanıb

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
Almaniyada hərbi obyektlərin üzərində yüzlərlə şübhəli PUA aşkarlanıb

Almaniyada hərbi obyektlərin üzərində yüzlərlə şübhəli PUA qeydə alınıb

Son illərdə Almaniyada hərbi obyektlərin hava məkanında yüzlərlə şübhəli pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Bundesverin Operativ Komandanlığının adının açıqlanmasını istəməyən nümayəndəsi “Redaktions Netzwerk Deutschland” (RND) media qrupuna açıqlamasında bildirib.

Komandanlıq rəsmisinin sözlərinə görə, qeydə alınan hadisələrin əksəriyyəti ayrı-ayrı dronlarla bağlı olub. Bununla yanaşı, bəzi hallarda bir neçə pilotsuz uçuş aparatından ibarət qrupların da aşkarlandığı qeyd edilib.

Bundesver nümayəndəsi bildirib ki, Almaniya demək olar ki, hər gün müxtəlif hibrid təhdidlərlə üzləşir. Bu təhdidlərə dezinformasiya, saxta xəbərlər, kiberhücumlar, casusluq və hətta təxribat cəhdləri daxildir.

Rəsmi şəxs baş verən konkret hadisələrin təfərrüatlarını açıqlamaqdan imtina edib.

A

Oxşar Xəbərlər