SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Husilər Səudiyyə Ərəbistanının kəşfiyyat PUA-sını vurduqlarını açıqladılar

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Husilər Səudiyyə Ərəbistanının kəşfiyyat PUA-sını vurduqlarını açıqladılar

Husilər Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat PUA-sını vurduqlarını açıqlayıblar

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatının silahlı qüvvələri Səudiyyə Ərəbistanına aid kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını məhv etdiklərini iddia ediblər.

Xeberhub.com xəbər verir ki, bu barədə husi qüvvələrinin hərbi nümayəndəsi Yəhya Sariya məlumat yayıb. Xəbərin ilkin mənbəyi Oxu.Azdır.

Yəhya Sariyanın açıqlamasına əsasən, hadisə Səada əyalətinin hava məkanında baş verib. Onun sözlərinə görə, husilər Səudiyyə Ərəbistanına məxsus "Karayel" tipli kəşfiyyat PUA-sını həyata keçirilən əməliyyat nəticəsində vurublar.

Husi nümayəndəsi bildirib ki, pilotsuz aparat səhər saatlarında xüsusi vasitələrdən istifadə edilməklə hədəfə alınıb.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən rəsmi açıqlama verilməyib.

A

Oxşar Xəbərlər