SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

İlham Əliyev və Litvanın Baş naziri telefonla danışdı

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
İlham Əliyev və Litvanın Baş naziri telefonla danışdı

İlham Əliyev və Litvanın Baş naziri telefonla danışdı

Xeberhub.com xəbər verir ki, avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Azərbaycan-Litva münasibətlərinin son dövrdə inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd olunub.

Söhbət zamanı Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər xatırlanıb.

İlham Əliyev Mindauqas Sinkeviçyusu Litvanın Baş naziri seçilməsi münasibətilə təbrik edib. Sinkeviçyus isə təbrikə görə təşəkkür edərək, baş nazir kimi Azərbaycan-Litva əlaqələrinin inkişafını diqqətdə saxlayacağını bildirib.

Telefon danışığında iki ölkə arasında enerji sektorunda əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi, eləcə də ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Litvanın Baş naziri Vaşinqton Sülh Sammitinin və orada əldə olunan razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbrikə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də toxunulub. Son dövrdə keçirilən yüksəksəviyyəli görüşlərin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib. Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsinə daim dəstək verdiyi vurğulanıb.

Tərəflər, həmçinin beynəlxalq gündəmdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

A

Oxşar Xəbərlər